KORONAVİRUSLA SAVAŞ və ya "EVDƏ QAL!"a ƏMƏL ETMƏYİN 9 "QIZIL QAYDASI"
26-03-2020 [20:49]
Vahid Tağıyev
***
Qarşıya çıxan problemin həlli, uğur əldə etmək, yaxud xəstəlikdən qorunmanın yolu hər bir insanın fərdi olaraq POZİTİV DÜŞÜNCƏ İLƏ GƏLDİYİ QƏNAƏT, MƏSƏLƏYƏ YANAŞMA TƏRZİNDƏN BAŞLAYIR!
KORONAVİRUSA qalib gəlmək üçün dövlət səviyyəsində yaradılan indiki qayğı dolu şəraitdə hər bir insanın məsələyə anlayışla yanaşması tələb olunur. Bununla bağlı məsuliyyətsizlik- saymazlıq və qorxu keçirmək kimi hallar qüsurlu münasibətdir. Qorxaqlıq psixoloji zəiflikdirsə, respublikada elan olunmuş karantin rejimi qaydalarını heç bir zərurət olmadan pozaraq özünü saymaz kimi aparmaq, yüngül desək başadüşməzlikdir.
Söhbət insanların taleyindən gedir, bu artıq ümummilli məsələdir. Tələblərə biganə yanaşanlar qanun qarşısında cavab verməli olacağını unutmamalıdır. Belə məsələdə maarifləndirmə, ictimai qınaqdan geniş istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır.
Ümumiyyətlə, gündəlik həyat tərzində bütün məsələlərə sağlam psixoloji münasibətlə, ağıllı düşüncə ilə yanaşaraq düzgün nəticə çıxarmaq, məqsədyönlü hərəkət etmək həmişə faydalıdır. Şou xəbərlərə meyillilik isə qeyri- müəyyənlik, sonda yanlışlıqdır. Panikaya heç vaxt uymayın!
ÖZÜNƏ DƏYƏR VER Kİ, DƏYƏRLİ OLASAN, İNSANLARI DƏYƏRLƏNDİR Kİ, QORUYA BİLƏSƏN.
Bu gün və hər zaman üçün vacib hesab etdiyim bir neçə məqamı qeyd etmək istəyirəm:
- İNTİZAMLI OLMAQ: Məsuliyyətdir, qaydalara, tələblərə əməl etmək, əminlik duyğusudur, vaxtın səmərəli təşkilidir. Öz şəxsiyyətinə hörmətdir, sağlamlığın qədrini bilməkdir. Həmişə özünü intizamlı olmağa səfərbər edən insan adi şeylərdən belə xoşbəxt olmağa istiqamətlənir, sahib olduğu hər şeyi qiymətləndirməyi öyrənir.
- UŞAQ KİMİ ƏYLƏNMƏYİ BACARMAQ: Bu, həm də uşaqlar kimi ətrafına çox da əhəmiyyət verməməyi bacarmaqdır. Bizə pozitiv enerji verəcək nələrisə edərkən komplekslərdən uzaq olmalıyıq. Yaşından asılı olmayaraq insanda uşaqlıq saflığının müəyyən əlamətləri qalır... Kimdə az, Kimdə çox.. Onu yaşatmaq və hərdən yaşamaq lazımdır. O zaman uşaqlarımızı daha yaxşı duyar və xoşbəxt edərik. Unutmayaq ki, nəyi, necə etməyimizdən asılı olmayaraq kənardan tənqid edənlər həmişə tapılacaq. Odur ki, pozitiv olmağa köklənin və həyatınzı yaşayın.
- ÜMİD, İNAM: İnsanı səfərbər edən əlavə güc, ən yaxşı dayaqdır. Bütün uğurların, qələbələrin əsasıdır. Hədəfə doğru yalnız inamla irəliləyə, hər maneəni onunla dəf edə, məqsədinə çata bilərsən.
- RUHDAN DÜŞMƏK OLMAZ: Bu, böyük səhvdir, insanı daimi geri çəkən liftdir, buna yol vermək olmaz. Məntiqlə, özünü motivasiya yolu ilə, olanları dəyərləndirmək, şükranlı olmaqla ruhunu həmişə qorumalısan.
- QORXU: Çox böyük maneədir, daxili "düşməndir", onu yaxına buraxmaq olmaz, virusdan da pisdir. Elə yararsız bir hisdir ki, nəticənin necə olmağından asılı olmayaraq bəri başdan insana zərər yetirir. Bu, bütün məsələlərdə belədir. O cümlədən, xəstəliklərə, koronavirusa qarşı. Qorxmaq əvəzinə gigiyenik qaydalara əməl etmək lazımdır.
- TƏBƏSSÜM: Özünü ən yaxşı müdafiədir, xoş əhval - ruhiyyədir və ətrafındakı insanlara mənəvi yardımdır... Yaşıl çəmənliyə əlvan çiçəklər yaraşdığı kimi insana da ən çox təbəssüm yaraşır və bu ən bahalı libasdan daha gözəldir;
-SEVGİ: Qəlbi xoş hislərlə dolduran ali duyğulardır...Həyat, yaşamaq eşqinin tükənməz mənbəyidir. Ətrafdakı insanlara isə ən yaxşı bəxşiş, hədiyyədir. Bizə əziz, doğma olan insanlara, hətta övladlara çox vaxt yalnız onlar xəstələnəndə, ya narahat olanda sevgimizi, istəyimizi ifadə edirik, çatdırırıq. Bu çox yanlış münasibətdir. Nə üçün adi hallarda o ülvi hıslərimizi bölüşməyək, axı bunu qarşılıqlı paylaşmaq əvəzsiz nemətdir. Doğmalarla bunu lazımınca bölüşmək, onlardan qarşılıq duymaq nə qədər xoşbəxt duyğulardır... Bu, həm də tərbiyə və sağlamlıq məsələsidir... Başlamaq üçün heç vaxt gec deyil!
- MÜBAHİSƏ ETMƏYİN: Mübahisə etmək ağıllı, bilikli insanlara xas xüsusiyyət deyil. Xüsusilə də başa düşməyən birinə bu yolla nəyisə izah etmək çətindir. Həmişə bir yerdə olduğunuz insanlarla mübahisə daha qüsurlu, fəsadlıdır. Gözlənilməz bir mübahisə xoşagəlməz sonluq, neqativ enerji ilə yüklənmək deməkdir. İnsanların aqressiya ilə daha çox yükləndiyi indiki zamanlarda bundan qaçmaq lazımdır. Koronavirusun tələbi ilə #evdəqal vaxtlarında isə bu heç cür yolverilməzdir;
- ÖZÜN OLMAQ: Başqalarının müsbət əlamətlərindən örnək götürmək çox yaxşıdır. Ancaq unutmayın ki, kim olursunuz olun ancaq özünüz olun ki, həmişə olduğunuz məkanda anlaşılma asan olsun. Hər zaman pozitiv olaraq qalmaq üçün sizi sevən insanlar elə özünüz olaraq da sizi sevsin və heç vaxt xəyal qırıqlığı yaşanılmasın.
Hər kəs yüksək səviyyədə güclü, varlı, savadlı ola bilməz, ancaq hər kəs yaxşı insan ola bilər. Bu, nə qədər çətin olsa da, İNSAN olmamağa bəhanə yoxdur.
Bu arada sağlamlıq təhlükəsinə görə, bütün təhsil müəssisələrində təhsil prosesi dayandırıldığı üçün övladların təhsili, tərbiyəsi, vaxtlarının səmərəli keçirilməsinin təşkili hər bir valideynin başlıca vəzifələrindən biri, yaxud birincisi olmalıdır.
İnsanın xoşbəxtliyi, sağlamlığı həyat məmnunluğu ilə bağlıdır. Bu məmnunluq hissi mənəvi dəyərlərdən bəhrələndikcə həyat xoşbəxtlik bəxş edir və mənalanır.
Hər kəsə məmnunluq hissi, Respublika Prezidentinin əzimkar rəhbərliyi ilə dövlətimizin dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə anlayışla, məsuliyyətlə yanaşmaq bacarığı, sonda hər bir vətəndaşımıza sağlamlıq və uğurlar arzulayıram!
MİA.AZ
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbıri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək