Ünvanlı dövlət sosial yardımlarla bağlı qaydalar dəyişir - Nazirlik açıqladı
18-03-2020 [12:45]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi üçün cari ildə də müvafiq işlər aparılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mia.az-a verilən məlumata görə, proqramın genişləndirilməsi üçün vacib məsələlərdən biri sosial yardım sisteminin aztəminatlı ailələrə əlçatanlığının artırılmasıdır:
"Bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda və sosial yardımın alınması üçün müraciət edilməsi, təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı qaydalarda dəyişikliklər layihələri hazırlanıb.
Belə ki, hazırkı qanunvericiliyə görə, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda ünvanlı sosial yardımın təyin olunmasından elektron sistem tərəfindən avtomatik imtina edilir. Yeni layihələrdə həmin limitin artırılması yer alıb.
Bununla bərabər, layihələrdə ailə tərkibində baş vermiş dəyişikliyə və buna görə məlumat verilməməsinə görə yardım təyinatındam imtina edilməməsi və ya ödənilən yardımın dayandırılmaması, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması və ailənin sosial yardım hüququna maneə yaratmaması və s. əksini tapır. Həmçinin ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının azaldılması, müvafiq məlumatların aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ünvanlı sosial yardım alan ailələrin sayı 2019-cu ildə 40 mindən 72 minə çatıb. Ötən il bu yardımın alınması üçün kriteriyaların (həmçinin torpaq pay mülkiyyəti ilə bağlı şərtin) yumşaldılması ilə bağlı müəyyən işlər nəticəsində əlavə 7 min ailə sosial ünvanlı sosial yardım proqramına daxil olub.
Ümumilikdə bu il ünvanlı sosial yardım alan ailələrin sayının 85-90 minə çatdırılması hədəflənir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi