"Qarşıdakı günlərdə banklarda valyuta dəyişmənin intensivliyi azalacaq" - Vüsal Qasımlıdan dollar açıqlaması
13-03-2020 [10:28]
"Hazırda Azərbaycan banklarından kənarda nağd pulun (M0) məbləği 9,3 milyard manatdır. Hər ay Azərbaycan əhalisi adambaşına orta hesabla 300 manat, ümumilikdə, aylıq 3 milyard manat istehlak xərclərini həyata keçirir. Bu hesabla banklarda valyuta mübadiləsi etmək üçün manatla potensial yığım məhduddur. Qarşıdakı günlərdə banklarda valyuta dəyişmənin intensivliyi azalacaq. Çünki əhalinin aylıq xərcləri nağd pul kütləsinin 1/3-i qədərdir. Yəni nağd manatın bir hissəsi cari istehlakı təmin etmək üçün əhaliyə lazımdır və həmin vəsaitin dollara çevrilməsinə zərurət yoxdur".
Mia.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
O bildirib ki, bu həftə Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə keçirilən üç valyuta hərracında orta hesabla 700 milyon ABŞ dolları vəsait banklara satılıb:
"Özü də hər növbəti hərracda özündən əvvəlkinə nisbətən daha az valyuta tələbi olub. Bu o deməkdir ki, gələn həftələrdə, xüsusən Novruz bayramı alış-verişlərinin də manatla olacağını nəzərə alsaq, manatın dollara çevrilməsi tezliyi səngiyəcək.
Qaldı ki manatla əmanətlərin dollara çevrilməsi bir tərəfdən əmanət faizləri arasındakı fərq, digər tərəfdən isə konvertasiya xərclərinə görə orta hesabla 10%-ə qədər vəsait itkisi deməkdir. Rasional seçim nəzəriyyəsinə görə, manatla əmanətlərin dollara çevrilməsi indi daha risklidir və əhali buna könülsüzdür. Başqa tərəfdən, 2014-cü ildə manatla depozitlər 9 milyard dollardan artıq bir dəyərə malik olduğu halda, hazırda bu göstərici 5,1 milyard dollar ekvivalentindədir. Manatla depozitlərin dollarlaşma təzyiqi də hazırda 2014-cü illə müqayisədə dəfələrlə azalıb.
Əvəzində sərbəst dönərli valyuta ilə depozitlər bu ilin yanvarında 10,6 milyard manata çatmaqla, 2014-cü ildəki göstəricidən 2,6 dəfə çoxdur. Sərbəst dönərli valyutada depozitlərin artması valyuta bazarına təzyiqi azaldan bir haldır".
V.Qasımlının sözlərinə görə, 2014-cü ildə geniş pul kütləsinin (M3) 81%-i, hazırda isə 63%-i manatla ifadə olunur: "Manatın geniş mənada pul kütləsində xüsusi çəkisi 2014-2020-ci illərdə 29% azalıb. Bu da o deməkdir ki, manatın dollara çevrilməsi üçün indi 2014-cü ilə nisbətən daha az ehtiyac var. Banklardan kənardakı nağd pulun geniş pul kütləsinə hazırki nisbətini 2014-cü ilin eyni göstəricisi ilə müqayisə edəndə, hazırda daha çox azalmanın şahidi oluruq – 45%. Pul aqreqatları ilə hesablayanda, hazırda dollarlaşma təzyiqi 2014-cü ilə müqayisədə əhəmiyyətli şəkildə azalıb. Buna görə də, hökumətə və AMB-yə hazırda valyuta bazarının tələbini ödəmək daha asandır.
Bu il ərzində Çin, İran və başqa ölkələrdən idxalın azalması perspektivini və ötən ilki monetar qızılın idxalını da nəzərə alanda idxal ehtiyacları üçün keçən illə müqayisədə daha az valyuta lazım olacağını proqnozlaşdıra bilərik.
Yeri gəlmişkən, AMB-nin valyuta ehtiyatları yalnız makroiqtisadi “stabilizator” və “təhlükəsizlik yastığı” funksiyasını həyata keçirir. Bu həftə keçirilən valyuta hərracları isə ARDNF-lə birlikdə baş tutub. Onsuz da Fond büdcəyə transfert və köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasının maliyyələşdirilməsi üçün bu il onsuz da indiki məzənnə ilə 6,8 milyard dolları yerli bazara təklif etməyi planlaşdırır.
Hazırda əsas vəzifə valyuta bazarında tələb-təklifi tənzimləmək və panikaya yol verməməkdir. Əhalinin valyuta tələbi tam ödəniləcək".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi