"Bu, əmanətçilər üçün psixoloji gərginliyi xeyli azaldar” - Ekspertdən sığorta haqda şərh
04-03-2020 [15:07]
2016-cı il martın 1-dən “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə minib. Qanuna görə illik faiz dərəcəsi milli valyutada 15 faizdən, xarici valyutada 3 faizdən yüksək olmayan bütün əmanətlər 3 il müddətinə tam sığortalanıb, sonra müddət 2020-ci il martın 1-dək uzadılıb. Müddət artıq başa çatıb.
Mia.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev bildirib ki, əmanətlərin tam sığortalanması müddəti yenidən uzadılmasa, “Əmanətlərin sığortalanması haqqında” qanunun şərtləri qüvvəyə minəcək, yəni kompensasiya məbləği 30 min manatla limitlənəcək.
Ekspert qeyd edib ki, 2020-ci il girəndən mənbəyini Çindən götürüb dünyaya yayılan koronavirus xəstəliyi yeni situasiya yaradıb: “Çində iqtisadi fəallığın kəskin azalması dünya bazarlarına, o cümlədən Azərbaycan üçün həyati əhəmiyyətli olan neft bazarına mənfi təsir göstərir. Azərbaycan nefti üçün qiymət oriyentiri rolunu oynayan brent markalı neftin bir barrelinin qiyməti ilin əvvəlindən bəri 68 dollardan 51 dollara düşüb. Görünən odur ki, koronavirus problemi həllini tapmasa, ucuzlaşma davam edəcək. Bunun Azərbaycan üçün 2015-ci il böhranından da çətin olacağını proqnozlaşdırmaq olar”.
S.Əliyev xatırladıb ki, əmanətlərin tam sığortalanması qərarı 2015-ci ildəki devalvasiyaların bank sektoruna vurduğu zərbənin təsirini bir qədər azaltmaq, əhalinin bank sektoruna inamını bərpa etməyə yönəldilmiş bir addım idi. “Fikrimcə, hökumət tərəddüd etmədən müddətin daha 1 il uzadılmasına qərar verməlidir. Bu, əmanətçilər üçün psixoloji gərginliyi xeyli azaldar, banklar üçün də əmanət qaçışı qorxusunu aradan qaldırar. Mərkəzi Bankın son məlumatına görə, fevralın 1-nə banklarda olan əmanətlərin həcmi 8,6 milyard manatdır. Bu əmanətlərin 75,6 faizi qısamüddətlidir. Deməli, əhali bankların dayanıqlığına və milli valyutanın sabitliyinə tam əmin deyil” - deyə ekspert vurğulayıb.
“Əmanətlərin 34 faizi cari hesablardır. Bu o deməkdir ki, 2,9 milyard manatlıq əmanət hər an geri çəkilə bilər və bankları çökdürər”, ekspert əlavə edir.
Samir Əliyevə görə, hökumətin müddəti artırmaq niyyəti yoxdursa, bu halda sığortalanma mexanizminə dəyişiklik edilməli, kompensasiya məbləği azı 100 min manata qədər artırılmalıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi