Şəhid xanımının üstünə qışqıran QHT sədri, yaxud qalstuklu kişilərin avtomatla poza vermələri...
02-03-2020 [15:49]
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış 2-4 aprel hadisələrinin üçüncü ildönümü münasibətilə keçirilən bir tədbirə qatılmışdım. Mərasimdə şəhid ailələrinin üzvləri, keçmiş döyüşçülər də iştirak edirdilər.
Aprel hadisələri zamanı şəhid olmuş bir zabitin xanımının çıxışı məni çox mütəəssir etmişdi. Həyat yoldaşıyla bağlı xatirələrini bölüşən qadın fikrini tamamlaya bilməmişdi, göz yaşlarına məğlub olmuşdu. Adını çəkib şərəfləndirmək istəmədiyim yekəpər QHT rəhbərlərindən biri bu vaxt ayağa qalxıb, gənc xanımın üstünə qəşqırmışdı: "Niyə ağlayırsan? Sən şəhid arvadısan. Ağlamaq sənə yaraşmır".
Mən həmin zabitin döyüş yoluna yaxşı bələdəm. Belə qəhrəman oğullar yetişdirdiyinə görə xalqımın qarşısında baş əyirəm. Məclisdə kövrəldiyinə, iki damla göz yaşı axıtdığına görə bir şəhidin ömür-gün yoldaşına irad tutmaq, onun üzünə bozarmaq tərbiyəsizlikdir. Amma indi söz güləşdirməyin vaxtı deyildi. Pərtliyi aradan qaldırmaq üçün söhbətə müdaxilə etməyi özümə borc bilmişdim: "Bəy, xatirələr çox kövrək olur. Insanı xatirələr ağladır..."
Amma yenə həyasızlığından əl çəkməmişdi: "Bu qadının ağlamağa haqqı yoxdur. Şəhidlik ən uca zirvədir. Bu qadın fəxr etməlidir ki, əri şəhid olub".
Yüzə yaxın adamın qatıldığı tədbirdə bir şəhid xanımının üstünə qışqırmaq, onu azarlamaq, üstəlik, bunu iki dəfə təkrar etmək həyəsızlığın kulminasiya nöqtəsidir. Mən bu tərbiyəsizliyi cavabsız qoya bilməzdim. Odur ki, dilimin ucuna qədər gələn sözləri geri qaytarmadım: "Siz niyə şəhid olmursunuz? Siz də şəhid olun, qoy xanımınız bununla fəxr etsin".
Aparıcının müdaxiləsindən sonra ara sakitləşdi. Həmin vaxt yanımda əyləşən jurnalist dostumun dediyi sözlər ömrümün axırına kimi yadımdan çıxmayacaq: "Bu heyvərə mənim tələbə yoldaşımdır. Müharibə başlayanda atası iki inək satıb, bunu əsgərlikdən saxladı".
Mən şəhidliyin ali məqam olduğunu yaxşı başa düşürəm. Canı canımdan, qanı qanımdan olan üç qohumum Vətən uğrunda canını fəda edib. Mən populizmin əleyhinəyəm. Mən Aprel hadisələrindən sonra səngərə gedən qalstuklu kişilərin əsgərlərin əlindəki avtomatı alıb, şəkil çəkdirmələrinin əleyhinəyəm. Mən 18-20 yaşlı oğullarını itirən analara ingilis sərtliyi ilə "ağlama, fəxr et" deməyin əleyhinəyəm.
Yeganə övladını itirən ana necə ağlamasın? Dərd orasındadır ki, bu məsləhəti verənlərin çoxu müharibə vaxtı qaçıb tuman altında gizlənənlərdir. Çoxunu şəxsən tanıyıram. Demək istədiyim odur ki, Allahınız olsun, insanların faciəsi üzərində hoqqabazlıq etməyin...
Azərbaycanın ən cəsur kişilərindən birinin oğlu olan jurnalist dostum Zaur Əhməd bir dəfə belə yazmışdı: "Siz sevdiklərinizi qucaqlayanda, əri şəhid olan qadınlar soyuq məzar daşlarını qucaqlayırlar..."
Bu kiçik yazını oğlu ötən həftə İdlibdə şəhid olan bir ananın sözləriylə tamamlamaq istəyirəm: "Şəhid halvası sizin evdə bişmədiyi vaxtadək, halva sizin üçün şirin olacaq".
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbıri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək