Tokio-2020 Yay Olimpiya Oyunları azarkeşsiz keçirilə bilər

img

02-03-2020 [15:41]


Tokio-2020 Yay Olimpiya Oyunları azarkeşsiz keçirilə bilər.

İngiltərənin "Daily Mail" nəşri xəbər verir ki, buna səbəb dünyada sürətlə yayılan koronavirus epidemiyasıdır.

İddiaya görə, hazırda yarışın yalnız televiziya vasitəsilə yayımlanması variantı nəzərdən keçirilir.

Bu həll yolu telekanallarla milyon dollarlıq müqavilələri təmin etməyə imkan verməklə yanaşı, tədbirlərin təxirə salınması və ya ləğv olunmasına altenativ hesab olunur.

Bundan əvvəl Oyunların Təşkilat Komitəsinin baş direktoru İqr Katsura Enye 24 iyul - 9 avqust tarixləri arasında keçiriləcək mötəbər yarışın koronavirusa görə təxirə salınmayacağını açıqlamışdı.

Qeyd edək ki, Yaponiyada koronavirusa 961 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib/Report.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA