Dünyanı silkələyən koronavirus Azərbaycan iqtisadiyyyatına necə təsir edəcək? - Sabiq nazirdən təhlil
29-02-2020 [19:37]
Artıq dünyanın 60 qədər ölkəsində qeydə alınmış koronavirus öz coğrafiyasını durmadan genişləndirməkdədir. Dünyanı silkələyən və bir qədər öncə tezliklə ram ediləcəyi düşünülən bu bəla insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, dünya iqtisadiyyatını da böyük bir təhlükəyə sürükləməkdədir.
Bu ilin əvvəlində mütəxəssislər problemin fevral ayının ortalarına qədər çözüləcəyinə dair proqnozlar versələr də, gözləntilər özünü doğrultmadı və məhz bundan sonra dünyanın maliyyə bazarları əsaslı şəkildə çökməyə başladı.
Son bir həftə ərzində dünya üzrə bütün səhmlərin dəyəri 5 trliyon dollara qədər ucuzlaşıb və proses sürətlə davam etməkdədir. Neftin qiymətləri yanvar ayının əvəli ilə müqaisədə 20 dollara yaxın – yəni 30%-ə qədər ucuzlaşıb.
Son iki ayda ümumdünya fabrikası statusunu qazanmış Çində neftin istehlakı 30%-ə qədər, daş kömürün istehlakı isə 40%-ə qədər azalıb. Əgər yaxın bir ay ərzində bu qorxulu virusun yayılmasının qarşısını almaq mümkün olmazsa, o halda, bu ilin sonuna qədər dünya iqtisadiyyatının və maliyyə bazarlarının itkilərinin bərpa ediləcəyindən söhbət gedə bilməyəcək. Əgər bundan sonra virusun ram edilməsi bir aydan daha uzun zaman tələb edərsə, o halda dünya iqtisadiyyatı tarixdə indiyə qədər görünməmiş bir çöküş yaşamalı olacaq.
Yaranmış vəziyyətdə iqtisadiyyatı neftdən asılı olan ölkələri nələr gözləyir?
Baş verən iqtisadi geriləmələr fonunda dünya bazarlarında neftə təlabat durmadan azalır. Bu səbəbdən də yaxın bir ay ərzində neftin qiymətlərinin 30 dollara qədər ucuzlaşması mümkündür.
Bəs bir neft ölkəsi olaraq biz yaranmış durumda nə etməliyik? İlk öncə hökumət virusun ölkə daxilində yayılmasını önləyəcək ən sərt adımların atılmasını etiva edən qərarlar qəbul etməlidi.
Virusla bağlı ölkə daxilindəki real durum tələb edərsə, bütün səviyyələrdən olan məktəblərin və uşaq baxçalarının fəaliyyətini müəyyən dövrə qədər dayandırmaq lazımdır.
Koronavirusun yaratdığı iqtisadi fırtına və dünyanın maliyyə bazarlarında baş verən çöküşlər Azərbaycan iqtisadiyyatına və maliyyə sisteminə təsirsiz ötüşməyəcək.
İlk növbədə neftin qiymətlərinin kəskin ucuzlaşması hesabına ölkəyə valyuta daxilolmalarının ciddi şəkildə azalması manata təziqləri artıracaq. Belə bir vəziyyətdən çıxışın yollarından biri virus ram edilənə qədər dövlət büdcəsinin xərclərində xüsusi qənaət rejiminin tətbiq edilməsi olmalıdır. Daha doğrusu yaranmış vəziyyətdə büdcədən ikinci, üçüncü dərəcəli xərclər dayandırılmalı və ya maksimum məhdudlaşdırılmalıdı ki, ölkə daxilində xarici valyutaya olan təziqlər bir qədər neytrallaşdırılsın.
Nəzərə alsaq ki, ümumi idxalımızın 15%-ə qədəri koronovirusun hegemonluq etdiyi Çin və İranın payına düşür, o halda bu idxalı əvəzləyəcək alternativ variantların üzərində ciddi düşünmək lazımdır. Əks halda, bir müddətdən sonra daxili bazarda bu ölkələrdən idxal olunan malların qiymətləri kəskin şəkildə bahalanacaq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi