"MANATA TƏZYİQLƏR ARTIB..." - Qubad İbadoğlu 5 hal üzrə proqnozunu açıqladı
27-02-2020 [11:05]
İqtisadçı ekspert Qubad İbadoğlu manatla bağlı təhlükəli proqnoz verib.
Mia.az xəbər verir ki, Qubad İbadoğlu hazırda manata təzyiqlərin artdığını deyib.
O, bunu aşağıdakı hallarla izah edib:
1. Ötən il xarici ticarət dövriyyəsinin müsbət saldosu və tədiyə balansının cari hesabının profisiti əvvəlki illə müqayisədə azalıb. Belə ki, 2019-cu ildə 2018-ci illə müqayisədə xarici ticarət balansının müsbət saldosu 2 mlrd. Dollardan çox azalıb. Cari ildə də həmin tendensiya davam edir. İxrac gəlirləri azalır, idxal xərcləri artır.
2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin gəlirləri 7285 mln. dollar proqnozlaşdırılıb ki, bu da 2018-ci ilin müvafiq icra göstəricisindən 29,7 faiz, 2019-cu gözlənilən icra göstəricisindən 30,9 faiz azdır. Bununla yanaşı bu il üçün ARDNF-nin aktivlərinin azalması proqnozlaşdırılb, hazırda səhm bazarında və valyuta bazarındakı proseslər azalmanın proqnozlaşdırılandan da çox olacağını deməyə əsaslar yaradıb.
3. 2020-ci ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının 186,7 milyon barel olması proqnozlaşdırılır ki, bu da 2019-cu ilin göstəricisinə nisbətən 10,4 milyon barel və ya 5,3 faiz az olacaq. Koronavirusun təsirlərindən dünya bazarlarında neftin qiymətlərinin ucuzlaşmasını da nəzərə alsaq valyuta gəlirləri azalır.
4. Mərkəzi Bank rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması qaydalarında etdiyi son dəyişikliyə görə, sahibkarlar idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 730 gün müddətində (əvvəlki müddət 270 gün idi) malların ölkəyə gətirilməsini və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasını təmin etməlidirlər. Nəzərə alsaq ki, kapitalın ölkədən qaçışının əsas formalarından biri də ticarət kreditlər və avanslarıdır. Bu kapitalın ölkədən qaçmasını sürətləndirəcək.
5. Ölkəyə xarici sərmayələr azalır. 2017-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar $5,7 mlrd, 2018-ci ildə $4,1 mlrd təşkil edib. 2019-cu ilin 9 aylıq yekunlarına görə birbaşa xarici investisiyalar 2,76 mlrd. dollar olub".
İbadoğlu deyib ki, bütün bunlar Azərbaycan manatını ciddi şəkildə təsirləndirəcək. "Əgər dünya bazarında neftin qiymətinin ucuzlaşması davamlı xarakter alarsa və uzun müddət çəkərsə, eyni zamanda Koronavirusun yayılması səbəbindən Azərbaycanla Rusiya, İran və Türkiyə arasında ticarət münasibələri pisləşərsə, o halda manatın devalvasiyası qaçılmaz olacaq. Bununla yanaşı Azərbaycanın başlıca ticarət tərəfdaşlarının milli valyutasının dəyərsizləşməsi manata təzyiqi daha da artıracaq".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi