Səbail rayonundakı 190 saylı orta məktəbin idman və akt zalları əsaslı təmir olunub

img

23-09-2013 [10:38]



Dövlət Proqramına uyğun olaraq bu il yay aylarında şəhərin mərkəzindəki 1946-cı ildən fəaliyyət göstərən 190 saylı orta məktəbin idman və akt zalları yerləşən korpusu əsaslı təmir olunub. 36 il əvvəl tikilmiş korpusun damı mansard şəklində qurularaq bura dəmir örtük vurulmuş, elektrik, su və kanalizasiya xətləri yeniləşmiş, koməkçi otaqlar əsaslı təmir olunmuşdur. Zalda yeni oturacaqlar quraşdırılmış, səhnə yeniləşmişdir. İdman zalı da əsaslı təmir olunaraq lazımi ləvazimatlar və idman avadanlığı ilə təchiz olunmuşdur. Binanın divarları rənglənmiş, həyətə yeni asfalt örtüyü salınmışdır.

Bu il 190 saylı məktəbi bitirmiş məzunlardan 52 nəfəri müxtəlif ali məktəblərə, o cümlədən 9-u xarici ölkələrin ali təhsil müəssisələrinə daxil olmuşlar. Məzunlardan 4 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplamış, 2 məzunu «Qızıl medal»a layiq görülmüş, məktəbin müəllimi Nərgiz Məmmədova «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasında olmuşdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA