AFFA 3 komandaya texniki məğlubiyyət verdi

img

11-02-2020 [14:47]


AFFA İntizam Komitəsi U-17 və və U-16 liqasında çıxış edən iki komandanı cəzalandırıb.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, U-17 Liqasında keçirilməli olan “Səbail” – “Xəzər Lənkəran” oyunu qonaq komandanın təyin olunan vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Buna görə də Lənkəran təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. 

U-16 Liqasının “Xilə” – “Zirə” oyununda isə meydan sahibləri eyni səbəbdən oxşar cəzaya məruz qalıb.

Region Liqasında keçirilən “Neftçala” - “Ərkivan” oyununda isə “Neftçala” komandasının heyətində protokolda adı qeyd edilməyən Sehran Babayevin oynamasına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA