"Səbail" klubu baxışa yeni futbolçu çağırıb

img

10-02-2020 [13:39]


"Səbail" klubu baxışa yeni futbolçu çağırıb.

Bu barədə "Report"a açıqlamasında komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Mütəxəssisin sözlərinə görə, bir müddətdir Bakıda olan Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Çikito Lema Mabidi bu gün "dənizçilər"lə ilk məşqinə çıxacaq:

"Mabidi birbaşa müqaviləyə yox, baxışa gəlib. Bu gün komanda ilə birlikdə ilk məşqinə çıxacaq. Futbolçu ilə bağlı qərar verməyə tələsmirəm. Özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq".

Qeyd edək ki, son olaraq Mərakeşin "Raca Kasablanka" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi bu komandada 91 oyuna 7 qol vurub. Afrikalı futbolçu karyerası ərzində ölkəsində "AS Vita Klub" və Tunisdə "Sfaksien" klublarının formasını geyinib. 2011-ci ildən Konqo millisinə dəvət alan Mabidi yığmada 23 oyun keçirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA