Nazirlik əhaliyə müraciət edərək reklamlara aldanmamağı tövsiyyə etdi

img

19-09-2013 [14:45]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mağazalarda tətbiq edilən endirim kampaniyaları ilə bağlı yoxlamalar aparır.

Nazirlikdən verilən məlumatda deyilir ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən və sahibkar Nəbi Məmmədova məxsus olan mağazadakı yoxlamalar zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması faktı aşkarlanıb. Belə ki, mağazanın giriş hissəsində "30% endirim" məzmunlu reklamlar yerləşdirilsə də mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qiymət kağızlarında onların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (endirimli qiymətin) qeyd olunmadığı müəyyən edilib. Həmçinin qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar olunub.

Xəbərdə qeyd edilir ki, qanunsuz reklamların yayımı dayandırılmış və Nəbi Məmmədov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nazirlik əhaliyə müraciət edərək reklamlara aldanmamağı, yalançı reklamlara rast gəldikləri halda məlumat verilməsini istəyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA