Azərbaycan Premyer Liqasının oyununda insident: futbolçular və texniki heyət bir-birlərinə hücum etdilər

img

08-02-2020 [18:37]


"Kapital Bank Arena"da "Sumqayıt" və "Zirə" arasında keçirilən Azərbaycan Premyer Liqasının XVI tur matçında futbolçular arasında münaqişə baş verib.

Mia.az "Report"a istinadla xəbər verir ki, insident 37-ci dəqiqədə qonaq komandadan İlkin Muradovun yerli futbolçu Əmir Ağayevi top uğrunda mübarizə zamanı sifətinə zərbə endirməsindən sonra yaranıb. Baş hakim Orxan Məmmədov Muradova ikinci sarı vərəqəni verərək, meydandan qovub.

Hadisə yerinə digər futbolçular və texniki zonadakılar da özlərini çatdırıblar. Nəticədə onlar arasında kütləvi toqquşma baş verib. Bu zaman "Zirə"nin kapitanı Cavid Hüseynov, eləcə də Əmir Ağayev və Peyman Babayi xüsusi "fəallıq" göstəriblər.

Bir neçə dəqiqədən sonra ara sakitləşib. Referi hər üç oyunçuya sarı vərəqə göstərib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA