AFFA bu klubları cərimələdi

img

04-02-2020 [13:00]


Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Mia.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XV turunun oyunlarında baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

“Neftçi” – “Sumqayıt” matçında sonuncu ümid foluna  görə birbaşa qırmızı vərəqə alan Voislav Stankoviç 1 oyun cəzalanıb, meydan sahiblərini 200 manat ziyana salıb. “Sumqayıt” azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

“Səbail” – “Qarabağ” qarşılaşmasında qonaqların 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

“Qəbələ”  - “Keşlə” oyununda 5 futbolçusu sarı vərəqə alan qonaqların da cəzası eyni olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA