Azərbaycan yığmasının heyətinə daha iki futbolçu dəvət olunub 

img

03-02-2020 [12:41]


Antalyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha iki futbolçu dəvət olunub. 

AFFA-dan Mia.az-a daxil olan məlumata görə, “Neftçi”dən Rüfət Abbasov komandaya qoşulub. Eyni zamanda Norveçin “Rusenborq” klubunun üzvü Deniz Mehmetoğlu də milliyə çağırılıb. 

Qeyd edək ki, yığmamıza çağırılan 16 yaşlı legioner AFFA tərəfindən milliləşdirilib. Futbolçu ilk dəfədir ki, milliyə dəvət alır. Onun tam soyadı Sather-Mehmetoğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA