Mişel Platininin yeni iş yeri müəyyənləşib

img

22-01-2020 [16:14]


UEFA-nın sabiq prezidenti Mişel Platininin yeni iş yeri müəyyənləşib.

"Report" "France Press" agentliyinə istinadən xəbər verir ki, 65 yaşlı funksioner Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyasının (FIFPro) prezidentinin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mişel Platini 2007 - 2015-ci illərdə UEFA-ya rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib. Onun cəzası 2019-cu ilin oktyabrında başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA