“28 May”ın əsas çıxışı açıldı

img

16-09-2013 [13:19]


Yeni tədris mövsümünün başlanmasını və sərnişinlərin sayının artmasını nəzərə alaraq Bakı Metropoliteninin rəhbərliyi hazırda yenidən qurulan "28 May” stansiyasının əsas çıxışından sərnişinlərin istifadə etməsi ilə bağlı qərar qəbul edib.

Sərnişinlərin rahatlığını maksimum təmin etmək məqsədilə metropolitenin rəhbərliyi stansiyanın Cəfər Cabbarlı meydanı istiqamətində əsas çıxışını yenidən açmış və sərnişinlərin sentyabrın 16-sı səhər tezdən başlayaraq bu çıxışdan da istifadə etməsi üçün şərait yaradıb.

Sərnişinlərin çıxışdan təhlükəsizliklərinin tam təmin edilməsi ilə maksimum rahat istifadə etmələri məqsədilə müvafiq hazırlıq tədbirləri görülüb.

Yenidənqurma dövründə sərnişinlərin buna qədər istifadə etdikləri digər giriş-çıxışlar isə əvvəlki kimi fəaliyyət göstərəcəkdir. Sərnişinlər "28 May” stansiyasının Salatın Əsgərova küçəsinə olan ikinci giriş-çıxışından, həmçinin "Cəfər Cabbarlı” stansiyasından həm giriş, həm də çıxış üçün istifadə edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA