10-09-2013 [22:37]
Sentyabrın 21-də Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü çərçivəsində Mərdəkan çimərliyi "Coca-Cola” şirkətinin əmakdaşları, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə təmizlik aksiyasına qoşulmaq istəyən hər bir kəs tərəfindən zibildən təmizlənəcək.
Bu təşəbbüs "Coca-Cola” şirkəti tərəfindən artıq 28-ci ildir ki dəstəklənir və dünya miqyasında çimərlik, daxili sular və okeanların zibil və tullantıların təmizlənməsinə dair ən iri birgünlük könüllü aksiya hesab olunur. Bu il sözügüdən aksiyanı Milli Olimpiya Komitəsi, Azərbaycan Diplomatik Akademiyası, Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiyatəşkilatı, "ASAN xidmət”, "Təmiz Şəhər” ASC, "Green Baku” klubu, "Təbiətin Dostları” klubu, "ALLmag” online-jurnalı və BLBS Təhsil Mərkəzi tərəfindən dəstəklənir.
"Biz bütün insanları Xəzəryanı sahili zibildən təmizləmək üçün öz töhfələrini verməyə, aksiyada iştirak etməyə və "Coca-Cola” şirkətinin elçisi olmağa çağırırıq. Bu təşəbbüs yalnız sahilyanı ərazinin təmizlənməsinə deyil, həmçinin, insanların təbiət və ətraf mühitə qayğı və məsuliyyətlə yanaşmaq istiqamətinə yönəldilib”, - deyə sözügüdən təşəbbüsü şərh edən "Coca-Cola” şirkətinin market meneceri Qabil Əhmədov bildirib.
Aksiya "Yığ, Təmizlə, Fərqi Hiss Et!” şüarı altında Mərdəkan çimərliyində keçiriləcək və bütün aksiya iştirakçıları "Coca-Cola” şirkəti tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi avadanlıqla təmin olunacaq.
Aksiyada iştirak etmək istəyənlər 436-90-67/435-85-09 telefon nömrələrinə zəng edib, info@redcom.az ünvanına e-mail göndərib və ya aksiyanın "Facebook” səhifəsində (http://www.facebook.com/events/152353654961427/) qeydiyyatdan keçə bilər.
Qeyd edək ki, ötən il keçirilən analoji birgünlük aksiya çərçivəsində Şüvəlan çimərliyinin 35 hektar ərazisi 16 kubmetr məişət tullantısından təmizlənib. Ümumiyyətlə, dünya üzrə bu aksiyaya ötən il "Coca-Cola”nın 27 ölkədən 24 mindən artıq tərəfdaşı qoşulub ki, nəticədə ümumi uzunluğu 2,1 min km olan sahilyanı ərazilər tullantıdan təmizlənib və hər il bu rəqəm artmaqda davam edir.
Son
"Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola”® şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dolları olan brendlər daxildir: "Diet Coke”®, "Fanta”®, "Sprite”®, ”Coca-Cola Zero”®, "vitaminwater”, "Powerade”®, "Minute Maid”®, "Simply”® və "Georgia® Coffee”. Qlobal miqyasda "Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola” şirkəti hər gün 1,8 mlrd. içki satır. Qeyd etmək lazımdır ki, şirkət icmaları dəstəkləyir və ətraf mühitin mühafizəsinə, resursların konservasiyasına və regionun iqtisadi inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola” dünyada TOP-onluğa daxildir. "Coca-Cola” şirkəti haqda daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz www.thecoca-colacompany.com.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi