Avropa Liqasında 1/16 final: rəqiblər bəlli oldu

img

16-12-2019 [16:36]


Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Mia.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə Türkiyənin yeganə təmsilçisi "Başakşehir"in də rəqibi bəlli olub:

"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)

"Sportinq" (Portuqaliya) - "Başakşehir" (Türkiyə)

"Xetafe" (İspaniya) - "Ayaks" (Hollandiya)

"Bayer" (Leverkuzen, Almaniya) - "Porto" (Portuqaliya)

 "Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya)

APOEL (Kipr) - "Bazel" (İsveçrə)

ÇFR (Rumıniya) - "Sevilya" (İspaniya)

"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

"Alkmaar" (Hollandiya) - LASK (Avstriya)

"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)

"Lüdoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Zaltsburq" (Avstriya) 

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya)

"Volfsburq" (Almaniya) -  "Malmö" (İsveç)

"Roma" (İtaliya) - "Gent" (Belçika)

"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

Qeyd edək ki, ilk oyunlar 2020-ci il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA