Çempionlar Liqasının püşkü nə vaxt atılacaq?

img

12-12-2019 [15:12]


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi dekabrın 16-da keçiriləcək.

Mia.az bildirir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Püşk zamanı komandalar iki səbətdən çıxarılacaqlar:

Səpələnmişlər: "Barselona" (İspaniya, F qrupu), "Bavariya" (Almaniya, B qrupu), "Yuventus" (İtaliya: D qrupu), "Leyptsiq" (Almaniya, G qrupu), "Liverpul" (İngiltərə, E qrupu), "Mançester Siti" (İngiltərə: C qrupu), PSJ (Fransa, A qrupu), "Valensiya" (İspaniya, H qrupu)

Səpələnməmişlər: "Atalanta" (İtaliya: C qrupu), "Atletiko" (İspaniya, D qrupu), "Çelsi" (İngiltərə, H qrupu), "Borussiya" (Dortmund, Almaniya, F qrupu), "Lion" (Fransa, G qrupu), "Napoli" (İtaliya, E qrupu), "Real Madrid" (İspaniya, A qrupu), Tottenhem" (İngiltərə, B qrupu)

Səpələnmişlər səbətindəki komandalar cavab görüşünü öz meydanlarında keçirəcəklər. Püşkdə heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla düşə bilməz.

1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA