Baş məşqçi "Qarabağ"la oyunda komandasına telefon və ya ratsiya ilə təlimat verəcək

img

12-12-2019 [11:01]


Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ”ın qonağı olacaq Lüksemburq "Düdelanj”ının baş məşqçisi Bertran Krasson komandaya göstərişlərini telefon və ya ratsiya ilə verəcək.

"Report”un "Luxemburger Wort” portalına istinadən verdiyi məlumata görə, buna səbəb 48 yaşlı belçikalı mütəxəssisin sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir. Bu üzdən tribunada yer alacaq Bertran "Düdelanj”ı meydanda çıxaracaq köməkçisi Lexit Zeqdana təlimatlarını telefon və ya ratsiya ilə çatdıracaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA