"Düdelanj"ın baş məşqçisi: "Sabahkı matç daha çox "Qarabağ" üçün əhəmiyyətlidir"

img

11-12-2019 [19:46]


"İstəyirik ki, tətilə çıxmazdan öncə yaxşı nəticə qazanaq. Bizim üçün matçın əhəmiyyəti azdır. Daha çox "Qarabağ" üçün əhəmiyyətlidir".

Bu fikirləri Lüksemburqun "Düdelanj" komandasının baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ"la qarşılaşmadan öncə mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi ilə son oyun faciəvi idi: "Evdəki maçt müəyyən səbəblərə görə dayandı və qırmızı vərəqə də aldıq. Sabah məqsədimiz bu səhvləri təkrarlamamaqdır. Elə oyun keçirmək istəyirik ki, Lüksemburqdakı matçı unutduraq".

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:55-da start götürəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA