Bakıda ictimai nəqliyyatda gedişhaqqı kartla ödəniləcək

img

10-09-2013 [15:28]


Bakıda ictimai nəqliyyatda kart ödəniş sisteminin tətbiqi üçün fəal işlər aparır.

Nəqliyyat nazirinin müavini Musa Pənahovun ANS PRESS-ə verdiyi məlumata görə, 700 avtobusda validatorlar quraşdırılıb. Onun sözlərinə görə, plastik kartların hazırlanması prosesi də yekunlaşmaq üzrədir.

Nazir müavini bildirib ki, hazırda bu layihə çərçivəsində artıq sentyabrda yeni sistemə keçidi təmin etmək üçün aktiv işlər aparılır. Nazirlik rəsmisi bu sahədə hər hansı qlobal problemin yaranmayacağına əmindir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA