Şahin Mustafayev hesabat verdi

img

10-09-2013 [13:14]



"Son 7 ay ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,2 %, qeyri-neft ixracı isə 10 % artıb. Son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft ümumi daxili məhsulu 2,7 dəfə artıb. ÜDM-in adambaşına düşən həcmi 8,4 dəfə artaraq, 7500 ABŞ dollarına yüksəlib. Bu dövrdə ölkə iqtisadiyyatına 132 milyard ABŞ dolları investisiya qoyulub. Büdcə gəlirləri 14,2 dəfə, xarici ticarət dövriyyəsi 6.4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artıb”. ANS PRESS-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri, Milli Fəaliyyət Qrupunun rəhbəri Şahin Mustafayev "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyası üzrə Milli Fəliyyət Qrupunun birinci iclası zamanı bildirib. Nazir bildirib ki, bu ilin ilk 7 ayında ümumi daxili məhsulun yüksək artım tempi konsepsiyada nəzərdə tutulan digər hədəflərlə də nail olmağa zəmin yaradır.

"Strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına yaxınlaşıb. Əhalinin həyat səviyyəsi əhəmiyyətli dərədə artıb. 1,2 milyon yeni iş yeri açılıb. Əhalinin gəlirləri 6,1 dəfə artıb. Yoxsulluq səviyyəsi 6 faizə enib. İnkişaf Konsepsiyasında qeyri-neft sektorunda ÜDM-in orta illik artım tempinin 7 faizdən yuxarı saxlanılmasının, adambaşına düşən ÜDM-in 13 min ABŞ dollarına catdırılması,adambaşına düşən qeyri-neft ixracının 1000 ABŞ dollarına yüksəldilməsi nəzərdə tutulub”, - deyə nazir bildirib.

İclasda konsepsiya çərçıvəsində həyata keçirilən tədbirlərin və hazırlanan sənəd layihələrinin icra vəziyyətilə bağlı müzakirələr aparılıb. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının sürətləndirməsi və 2013-cü ildə hazırlanması nəzərdə tutulan sənəd layihələrinin ilin sonunadək təqdim olunması barədə tapşırıqlar verillib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA