«A.M.A.Y. Abdulla» ilə Abdulbari Gözəl arasında yeni qalmaqal

img

09-09-2013 [13:53]



Bir müddət əvvəl ciddi problemlərlə üzləşən «A.M.A.Yticarət mərkəzinin sahibi Abdulla Abdullayev həmin ərəfələrdə itirdiyi milyonlarla manat məbləği ilə ölçülən əmlaklarını geri qaytarmaq üçün yeni hüquqi varianta əl atıb.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, «AMAY Abdulla» vaxtı ilə «Azərsun» şirkətinin sahibinə bağlı olan «Azərbaycan Sənaye Bankı» ASC-nin girovunda olan milyonluq əmlakını geri almaq yenidən məhkəməyə üz tutub. Abdulla Abdullayev bu dəfə "Azərbaycan Sənaye Bankı” özü ya yaxınlarının adı ilə deyil, 2011-ci ildə Mərkəzi Bank tərəfindən qapadılan «Birlikbank»ın adı ilə məhkəməyə cəlb eləyib: «Bilirsiniz ki, Mərkəzi Bank 2011-ci ilin əvvəlində bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə fəaliyyətdə olan «Birlikbank»ın lisenziyası ləğv edib. Bu hadisə o məqama təsadüf etdi ki, həmin vaxt Abdulla Abdullayev «Azərbaycan Sənaye Bankı» ASC «Texnikabank»la da həm məhkəmədə, həm mətbu orqanlarının səhifələrində «vuruşurdu». Bir sözlə, o zaman «A.M.A.Yticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev Azərbaycan Sənaye Bankının simasında «Azərsun», «Texnikabank» Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında mal-mülk, pul qalmaqalı yüsələn xətt üzrə davam edirdi. A.Abullayev sözüedən qurumların ona qarşı qanunların deyil, qanunsuz vasitələrin gücü ilə təzyiqlər edildiyini, məqsədin isə bütün əmlakına sahiblənmək olduğunu bəyan edərək, ölkə rəhbərliyindən ictimaiyyətdən dəstək istəyirdi. Məsələyə qarışan «Azərsun holdinq»in prezidenti, əcnəbi adamı Abdulbari Gözəl Abdulla Abdullayevi günahkar bilərək, ya krediti ödəməli olduğunu, ya da müqaviləyə uyğun olaraq girov qoyulan əmlakı müsadirə etdirəcəklərini bəyan etdi. Aradan ötən illər isə göstərir ki, «Azərsun» rəhbərliyi Abdulla Abdullayevin girov əmlaklarını ələ keçiriblər. Lakin Abdulla Abdullayev bu dəfə əmlakını geri qaytarmaq üçün tamam başqa bir vasitəyə əl atıb. Bu «saman çöpündən» yapışmaq sayılsa da, ən azı girovda olan əmlakın bir müddətlik olsa, ələ keçirilməsinə mane ola bilər».

Məlumata görə, A.Abdulayev Gözələ məxsus olan "Azərbaycan Sənaye Bankı”ndan illər əvvəl götürdükləri 6 milyona yaxın kreditə görə qoyulan girovun bazar qiymətindən xeyli aşağı dəyərləndirilməsini əsas edərək, işi yenidən məhkəməyə daşıyıb: «Abdulla Abdullayev sahibi olduğu "BirlikbankASC-nin adı ilə məhkəməyə üz tutub. O, bu dəfə mlak İxtisaslaşdırılmış Hərrac MərkəziMMC və Xətai rayon İcra Şöbəsini əsas cavabdeh qismində məhkəməyə verib. "Azərbaycan Sənaye Bankı”ASC isə üçüncü şəxs qismində prosesə cəlb olunub. Abdullayev məhkəmədən cavabdehlərdən girovda olan əmlakları ilə bağlı keçirilən qiymətləndirmənin nəticələrinin ləğv edilməsini tələb edir».

Mia.az-ın xəbərinə görə, adamının iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi məhkəmədə baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır: «1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qətnaməsindən verilmiş şikayət hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə araşdırılır.  İddiaçı qismində çıxış edən  "BirlikbankASC-nin  mlak İxtisaslaşdırılmış Hərrac MərkəziMMC, Xətai rayon İcra Şöbəsi "Azərbaycan Sənaye Bankı”ASC (üçüncü şəxs) qiymətləndirmənin nəticələrinin ləğv edilməsindən bəhs edən tələbi üzrə sentyabrın 5- proses keçirilib. Lakin hakim həmin günü qərarını elan etməyib. Hakim prosesi başqa tarixə keçirib. Növbəti iclas isə sentyabrın 12- keçiriləcək».

 Yazıda adları çəkilən tərəflərin mövqeyini dinləməyə hazırıq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA