İsveçrə yığmasının baş məşqçisi: “Bakı - Roma - Bakı marşrutu ilə uzaq məsafə qət edəcəyik"

img

02-12-2019 [10:24]


"Bakı - Roma - Bakı marşrutu ilə uzaq məsafə qət edəcəyik. Amma buna görə çox narahat olmağımız lazım deyil. Bu, heç bir halda bəhanə olmamalıdır”.

Bunu AVRO-2020-də İtaliya, İsveçrə və Uels milliləri ilə birgə A qrupunda yer alan İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviç "Blick” nəşrinə açıqlamasında deyib.

56 yaşlı mütəxəssis bildirib ki, 4 komanda arasında favorit İtaliyadır: "Bu, güclü rəqiblərin yer aldığı maraqlı qrupdur. Amma biz güclüyük və irəliləmək imkanımız var. Əlbəttə, hədəfimiz budur. İtaliya qrupun favoritdir. Yəqin ki, digər 3 komanda ikinci yer uğrunda mübarizə aparacaq”.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. Petkoviçin baş məşqçisi olduğu komanda iyunun 17-də Romada İtaliya ilə qarşılaşacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA