"Sevilya"nın 6 aparıcı futbolçusu "Qarabağ"a qarşı oynamayacaq - SİYAHI

img

28-11-2019 [15:48]


İspaniyanın "Sevilya" klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la keçirəcəyi oyun üçün "18-liy"i açıqlanıb.

Siyahıya Andalusiya təmsilçisinin kapitanı Xesus Navasla yanaşı, Ever Baneqa, Nolito, Fernando Rejes, Serxio Reqilon və Lük de Yonq kimi aparıcı oyunçular daxil edilməyib.

"Sevilya"nın iştirak ərizəsi: 1. Tomaş Vatslik, 3. Serxi Qomes, 5. Lukas Okampos, 6. Daniel Karriço, 7. Runu Lopes, Munas Dabbur, 11. Munir. 12. Jyul Kunde , 13. Yassin Bunu, 14. Xavyer Ernandes (Çiçarito), 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres, 22. Franko Vaskes , 26. Joze Mena, 30. Brayan Gil, 34. Felipe Çakartegi

Qeyd edək ki, bu gün "Ramon Sances Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 24:00-da başlayacaq/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA