Aslan Aslanov bal yarmarkasında

img

05-09-2013 [19:18]


Bu gün Bakı şəhərində Dəniz vağzalının zalında arıçılıq məhsullarının 14-cü respublika sərgi-satış yarmarkasının açılış mərasimi olub. Yarmarka kənd təsərrüfatı naziri İsmət Abbasovun çıxışının oxunması ilə başlayıb. Nazirin müavini Aslan Aslanov isə sərgi-satış yarmarkasını keçirilməsində məqsədin ölkədə arıçılığı təbliğ etmək, onu geniş arealda yaymaq, inkişaf etdirmək, arıçılıq sahəsində təcrübə mübadiləsi aparmaq və arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdan ibarət olduğunu bildirib.
Baldan şirin balasına bal yedizdirmək istəyən Bakı sakinləri isə Dəniz vağzalının qarşısında əllərində mütəlif qablar rəsmi hissənin başa çatmasını səbirsizliklə gözləyirdilər. Onları rəqəmlər deyil, alacaqları bal maraqlandırırdı. Ön cərgələrdə arıçılıq təəssərüfatı ilə məşğul olan ağ xalatlı arıçılar düzülmüşdülər. Onlar nazir müavinin nitqini dinləyərək, rəqəmlərdə öz paylarını düşünməklə fərəhlənirdilər.
Modern.az-ın əməkdaşına məlum oldu ki, 47 şəhər və rayondan 320 arıçının qatıldığı yarmarka 30 gün, sentyabrın 5-dən oktyabrın 5-dək davam edəcək. Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatına əsasən, bu müddət ərzində 500 ton bal, 40 kq çiçək tozu, 3 kq arı südü və 10 kq vərəmumun (propolis) satılması proqnozlaşdırılıb.

Aslan Aslanov yarmarkanı açıq elan edir. Öncə ağ xalatlı arıçılar vağzal binasına daxil olaraq öz piştaxtalarının arxasına keçirlər. Ənənəyə uyğun olaraq nazirliyin şöbə müdiri Çingiz Fərəcovun müşayiəti ilə Aslan Aslanov da içəri daxil olur və yarmarkanın təşkili ilə marqlanıblar.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA