Avropa Liqası: "Qarabağ” uduzdu, "Sevilya" isə darmadağın etdi

img

07-11-2019 [23:49]


UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsi çərçivəsində keçirilən APOEL - "Qarabağ” oyunu başa çatıb.

Mia.az xəbər verir ki, 10-cu dəqiqədə "Qarabağ" hesabı açıb.

Maksim Medvedev başla qola imza atıb.

59-cu dəqiqədə Lukas hesaba tarazlıq gətirib - 1:1.

88-ci dəqiqədə ev sahibi komanda daha bir qola imza atıb - 2:1

Beləliklə, oyun bu hesabla başa çatıb.

Qrupun digər oyununda isə "Dudelange" öz meydanında "Sevilya"ya 2-5 hesabı ilə uduzub.

Qeyd edək ki, hazırkı nəticəyə əsasən, "Sevilya" 4 oyuna 12 xalla lider, "Qarabağ" və APOEL hərəyə 4 xalla 2 və 3-cü yerləri bölüşür,  "Dudelange" 3 xalla sonuncu pillədə qərar tutur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA