Gültəkin Hacıbəylinin əmlakına həbs qoyuldu

img

04-09-2013 [15:35]


Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədovaya qarşı apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, sabiq deputatın qayınanası Nəhayət Məmmədova keçmiş gəlinindən 50 min ABŞ dolları təzminat tələb edir. N. Məmmədova iddia ərizəsi ilə əvvəlcə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Bu qərarla razılaşmayan G. Hacıbəyli Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Nəhayət Məmmədovanın oğlu Mahmud Mehdiyevlə G.Hacıbəyli boşanıblar. N.Məmmədovanın tələb etdiyi pulun isə vaxtilə G.Hacıbəyli tərəfindən borc kimi alındığı bildirilir. Sabiq deputatla keçmiş həyat yoldaşı arasında uzun müddətdən bəri davam edən ailə münaqişəsi var. M. Mehdiyev G. Hacıbəylini oğlunu onun əlindən almaqda ittiham edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA