AFFA bu klubları cəzalandırdı - Səbəb

img

05-11-2019 [13:01]


AFFA İntizam Komitəsi "Qarabağ”ı 800 manat məbləğində cərimələyib.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, buna səbəb Ağdam təmsilçinin 4 futbolçusunun Premyer Liqanın X turunda "Neftçi” ilə səfər matçında (0:0) sarı vərəqə almasıdır. "Sabah” isə "Qəbələ” ilə səfər oyununda (2:1) 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün eyni məbləğdə cərimə ödəyəcək.

"Zirə" isə "Sumqayıt”la görüşdə (2:2) 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat ziyana düşüb. Qəsəbə təmsilçisi oyunun AFFA nümayəndəsini və inspektorunu tələb olunan yerlə təmin etmədiyi üçün də eyni məbləğdə cərimə ödəyəcək. Üstəlik, qarşılaşmanın ikinci hissəsi "Zirə”nin gecikməsinə görə 2 dəqiqə ləngiyib. Bu səbəbdən, meydan sahibləri 2400 manat cərimə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA