13 dönər satışı müəssisəsi cəzalandırıldı

img

03-09-2013 [11:28]


"Bu ilin avqust ayı ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 13 dönər satışı sahəsində yoxlamalar və müayinələr aparılıb. Bu müəssisələrin sahibləri müvafiq qaydada cəzalandırılıb, 1 dönər sahəsinin fəaliyyəti dayandırılıb”. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri İmran Abdullayev məlumat verib.

O bildirib ki, yoxlama aparılan 13 müəssisənin cərimə olunması haqqında qərar çıxarılıb və cərimələr ayrı-ayrılıqda rayon icra hakimiyyətlərinə göndərilib. İ.Abdullayevin sözlərinə görə, cərimələri könüllü ödəyənlər ödəyib, ödəməyənlər isə məcburi icraya yönəldilib.

RGEM-in şöbə müdiri qeyd edib ki, bu ilin 6 ayı ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində 57 dönər sahəsində yoxlamalar aparılıb. Bu yoxlamalar nəticəsində toyu dönəri satan və sanitariya qaydalarını ciddi pozan müəssisələr haqqında inzibati tədbirlər görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA