«Azərcell» «Catel»ə və nazirliyə məğlub oldu

img

01-09-2013 [14:50]



«Azərcell»in «Catel» Rabitə İnformasiya Texnologiyaları Nazirliyinə qarşı iddiası üzrə bir neçə aydır Bakı Apellyasiya Məhkəməsinin icraatında olan proses, nəhayət, yekunlaşıb.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qətnaməsindən verilmiş şikayət üzrə hakim Sərvət Hüseynov ötən həftə qərarını açıqlayıb: «Hakim Sərvət Hüseynov "Azərcell” Telecom MMC-nin "Catel” MMC 3-cü şəxs qismində prosesə cəlb etdiyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən borc və dəbbə pulunun ödənilməsindən bəhs edən şikayətinə baxıb. Hakim birinci məhkəmə instansiyasının qətnaməsini qüvvədə saxlamaqla, «Azərcell»in tələbinin əsassız olduğu qənaətinə gəlib».

/span

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA