Macarıstan - Azərbaycan oyununun baş hakimi səhvini etiraf etdi

img

14-10-2019 [00:00]


Macarıstan və Azərbaycan yığmaları arasındakı AVRO-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler səhvini etiraf edib. 

Məlumata görə, hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib.

O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Higler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb.

Qeyd edək ki, görüş Macarıstanın qələbəsi ilə bitib - 1:0.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA