"Qəbələ" Kiprdə APOEL-lə heç-heçə edib

img

02-10-2019 [20:05]


"Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv I mərhələnin ilk matçında Kiprdə APOEL-lə üz-üzə gəlib. Paytaxt Nikosiyadakı "Makarion” stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Hesab 9-cu dəqiqədə açılıb. İdris İnqilablının uzaq məsafədən endirdiyi zərbə APOEL-in futbolçusu Giannis Satsiasa dəyərək qapıya daxil olub. İkinci hisənin əvvəllərində meydan sahibləri tarazlığı bərpa edə biliblər. 48-ci dəqiqədə Stavros Qavriel bərabərlik qoluna imza atıb.

Bu komandalar arasında cavab oyunu oktyabrın 24-də Qəbələ şəhər stadionunda keçiriləcək. Əyalət təmsilçisi I raundda APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, "Saraqosa” (İspaniya) – "Korona” (Polşa) cütünün qalibi ilə görüşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA