Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi kimi 100-cü avrokubok oyununa çıxacaq

img

01-10-2019 [12:02]


UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda "Düdelanj”a qarşı oyun "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq.

"Report” xəbər verir ki, 47 yaşlı mütəxəssis Ağdam təmsilçisinin sükanı arxasında 100-cü avrokubok matçına çıxacaq. Onun rəhbərlik etdiyi kollektiv indiyədək 39 qələbə qazanıb, 27 dəfə heç-heçə edib və 33 görüşdə uduzub.

Avrokubok qarşılaşmalarından 36-sı Çempionlar Liqası, 63-ü Avropa Liqasına təsadüf edib. Qurbanov "Neftçi”nin baş məşqçisi kimi 2007-ci ildə UEFA kubokunun I təsnifat mərhələsində Avstriya "Rid”i ilə iki oyunda iş başında olub (1:3, 2:1).

Qeyd edək ki, oktyabrın 3-də Lümsemburqdakı "Jozi Bartel" stadionunda təşkil olunacaq "Düdelanj" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA