Pensiyaların artımı 1 milyon 209 min 135 nəfərə şamil olunacaq

img

28-08-2013 [15:05]


Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov avqustun 28-də mətbuat konfransı keçirib. 

Fondun sədri vurğulayıb ki, əmək pensiyasının baza hissəsinin növbəti dəfə artırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan çox ciddi sosial-iqtisadi islahatların məntiqi nəticəsidir.

S.Müslümov qeyd edib ki, Azərbaycanda 1 milyon 209 min 135 nəfər pensiyaçının pensiya məbləği artırılacaq. Hazırda Azərbaycanda 1 milyon 272 min 566 pensiyaçı var. Bu artımın şamil olunmadığı kateqoriya - qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu qəbildən olan pensiyaçıların sayı 63 431 nəfərdir. Onların pensiyaları "Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq fərqli qaydada artırılır. Pensiyanın baza hissəsini tam alanların (onların sayı 1 milyon 90 min nəfərdir) pensiyasının artımı 15 manat təşkil edir. Bəzi kateqoriyaya aid pensiyaçılarda isə artım daha çox olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA