Nazirin qardaşı məkəməyə verilir, ondan 4 milyon manatlıq borcu tələb olunur

img

27-08-2013 [12:08]


"Dəmirbank” Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşını məhkəməyə verir. Bu barədə "Bizim Yol"a daxil olan məlumatda bildirlir ki, nazirin qardaşı Əlikram Camalov "Hacı Camalxan” MMC yaradıb və həmin MMC-nin direktorudur. Əlikram Camalov 26 may 2010-cu ildə MMC-nin adına "Dəmirbank”dan 3 milyon 950 min manat kredit götürüb və bu günə kimi götürdüyü kreditə görə banka bir manat da olsun ödəniş etməyib. "Qardaşının vəzifədə olmasından istifadə edən Əlikram Camalov banka ödəniş etməkdən boyun qaçırır. Buna görə də iddia ərizəsi hazırlanıb və bankın pulunu ödənməsi üçün məhkəməyə müraciət ediləcək” - deyə məlumatda qeyd edilir.

Məlumatda həmçinin qeyd edilir ki, Əlikram Camalovun banka faizi ilə birlikdə borcu hesablanıb və hazırda onun "Dəmirbank”a 4 milyon 336 min manat borcu var.

Qeyd edək ki, Əlikram Camalovun yaratdığı "Hacı Camalxan” MMC Şirvan şəhərində və Salyan rayonunda fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA