Nazirlik müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı öz rəyini açıqlayıb

img

20-08-2013 [12:44]


Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı sualı cavablandırıb. MİA-nın Təhsil Nazirliyinin mətbuat xidmətinə istiandən verdiyi xəbərə görə, 2011-ci ildə "Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya" layihəsinə Təhsil Nazirliyi tərəfindən müvafiq rəy verilib.

Nazirlik həmçinin TQDK-nın monitorinq apararkən yenidən hazırlanmasını tövsiyə etdiyi və təkmilləşdirilmə aparılmasını məsləhət gördüyü orta məktəb dərsliklərinə də aydınlıq gətirib.

Məlumatda bildirlir ki, 2013-2014-cü tədris ilinə az faizlə çap ediləcək monitorinqi aparılmış II, IV və VII sinif dərsliklərində redaktə və korrektə işləri aparılıb. Bildirlir ki, dərsliklər növbəti illərdə tam tirajla çap olunarkən monitorinqin nəticələri nəzərə alınacaq.

Bu il təqdim ediləcək VI sinif dərslik komplektləri kurikulum əsasında hazırlanmış ilk dərsliklərdir. VIII, IX və X sinif dərsliklərinin də bir qismi daxil olmaqla, bütövlükdə 2013-2014-cü tədris ilinə ümumtəhsil məktəblərinə 139 adda dərslik və müəllim üçün metodik vəsait veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA