Səlim Müslümov Oğuzda şikayətçiləri qəbul edəcək

img

19-08-2013 [11:42]


Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 26 avqust 2013-cü il tarixdə, saat 10:00-da Fondun Oğuz rayon şöbəsinin inzibati binasında Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Qəbulda iştirak edəcək vətəndaşların avqustun 26-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Oğuz rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunacaq.

DSMF-dən bildirilib ki, vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün info@sspf.gov.azelektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34, Şəki şəhər şöbəsində (024) 244-89-20, Mingəçevir şəhər şöbəsində (024) 274-26-62, Balakən rayon şöbəsində (024) 295-32-17, Qax rayon şöbəsində (024) 255-22-44, Zaqatala rayon şöbəsində (024) 225-68-88, Oğuz rayon şöbəsində (024) 215-34-73, Qəbələ rayon şöbəsində (024) 205-06-99.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA