Azərbaycanın yeni manatının fotoları yayıldı; Milli Bank təkzib etdi

img

15-08-2013 [12:41]


Mərkəzi Bank əskinaslarla bağlı rəsmi məlumat yayıb. Məlumatda bilirilir ki, sosial şəbəkələrdə üzərində Azərbaycanın mütəfəkkirlərinin, tanınmış dövlət və elm xadimlərinin əksləri olan 1, 5, 10, 20, 50, 100 manatlıq əskinasların şəkilləri yayılıb. Bu şəkillər milli valyutamız olan manatın yeni dizaynda tərtibatı kimi təqdim edilərək ictimaiyyətdə yalnış məlumatların yayılmasına səbəb olur və çaşqınlıq yaradır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, bu məlumatlar heç bir reallığı əks etdirmir və bu şəkillər qeyri-müəyyən şəxslərin təxəyyülünün məhsuludur.

Mərkəzi Bank tərəfindən göstərilən dizaynda əskinasların tədavülə buraxılması planlaşdırılmır.

***

Azərbaycanın rəsmi pul vahidi olan manatın yeni versiyada şəkilləri yayılıb.Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan yeni əskinazların üzərinə Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotoları əks olunub. 1 manatlıq əskinasın üzərinə Üzeyir Hacıbəyovun, 5 manatın üzərində Nizami Gəncəvinin, 10 manatın üzərin isə Hacı Zeynalabdin Tağıyevin, 20 manatın üzərində Vaqifin, 50 manatın üzərindəYusif Məmmədəliyevin fotosu əks olunub.

Yeni 100 manatın üzərində isə mərhum prezident Heydər Əliyevin fotosu canlanıb.

Qeyd edək ki, ilkin məlumatlaragörə, yeni pul nominasiyaları2014 – cü ildə tədavülə buraxılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA