İcra başçısı Gülağa İslamovun sərəncamı qalmaqal yaradıb

img

05-08-2013 [16:03]


Səhiyyə Nazirliyinin Xəzər rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı şikayəti ilə bağlı növbəti məhkəmə qərarı da açıqlanıb.

 Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyi ilə nazirliyin adıçəkilən dövlət qurumlarına qarşı şikayətinə avqustun 1-də baxılıb: «Hakim Nurəddin Mustafayev həmin günü birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb. Bununla da Səhiyyə Nazirliyinin, daha dəqiqi, bu nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdiriyyəti adlı qurumunun icra başçısı Gülağa İslamovun sərəncamını ləğv etdirmək istəyinə növbəti dəfə «yox» deyilib».

 Xatırladaq ki, Səhiyyə Nazirliyi Tikilməkdə olan Müəssisələrin Müdiriyyəti adlı qurumu Xəzər rayonu ərazisində səhiyyə müəssisəsinin ərazisinin müəyyən hissəsinin satılmasından narazıdır. Nazirlik həmin daşınmaz əmlakın fiziki şəxsə satılmasını rəsmiləşdirən Gülağa İslamovun sərəncamı ilə yanaşı, həmin sərəncamdan irəli gələn prosedurları həyata keçirən Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin, bu daşınmaz əmlakın sahibi olan Talıbov Əhməd Faiq oğluna qarşı da iddia qaldırmışdı. Amma göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi də  nazirliyin rayon İcra Hakimiyyətinin 01.11.1999-cu il tarixli 1012 saylı sərəncamının etibarsız sayılmasını tələbini təmin etmədi.

 Məsələ ilə bağlı tərəflərin hər birinin mövqeyini dərc etməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA