Nazirlik: "8 bölgədə regional bərpa mərkəzləri yaradılıb"

img

01-08-2013 [00:32]


"Respublikanın regionlarında yaşayan əlillərin bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub".

 Mia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Facebook"dakı rəsmi səhifəsində məlumat yayılıb. 

Məlumata görə, 2003-2013-cü illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan və Gəncə şəhərlərində filialları inşa etdirilərək istifadəyə verilib: "Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri yaradılıb.

 Qeyd olunan müddətdə nazirliyin nəzdindəki bərpa müəssisələrində 70 min nəfərə yaxın əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib.

 Hazırda ölkənin bütün regionları üzrə 14 reabilitasiya mərkəzində hər il 9 minə yaxın əlil insana bərpa-müalicə xidməti göstərilir.

 Onu da bildirək ki, əlillərin xarici ölkələrdə müalicəsinin təşkili daim diqqətdə saxlanılıb və 2003-2013-cü illərdə hər il 100 nəfərədək əlilin xarici ölkələlərdə 28 günlük bərpa müalicəsi, 1000 nəfərə yaxın əlilin istirahət zonalarında mənalı istirahəti təşkil olunub. Bununla yanaşı, 2012-ci ildən etibarən sümük-əzələ xəstəlikləri olan 100-dən artıq əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi həyata keçirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA