Azərbaycanda doğuş zamanı 15 ana ölüb

img

29-07-2013 [15:14]



"Bu ilin 7 ayı ərzində Azərbaycanda doğuş zamanı 15 ana ölümü faktı qeydə alınıb”. Bunu Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyeva bildirib. L. Seyidəliyevanın sözlərinə görə, 15 faktın hər biri Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılıb. L. Seyidəliyeva baş verən ana ölümü faktları zamanı günahı olan həkimlərin də cəzasız qalmadığını söyləyib. Şöbənin məsləhətçisi bildirib ki, ana ölümündə həkimin məsuliyyətsizliyi təsdiqlənərsə, həmin həkimlər şiddətli töhmət və işdən azad olunma ilə cəzalandırılırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA