İyunda sosial yardımla bağlı 466 müraciət olub

img

26-07-2013 [17:30]



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması istiqamətində görülən tədbirlər, habelə mütəmadi olaraq vətəndaş qəbullarının keçirilməsi nəticəsində vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımı ilə bağlı nazirliyə və müxtəlif instansiyalara ünvanlanan müraciətlərin sayında kəskin azalma özünü göstərir.

Cari ilin yanvar ayında ünvanlı sosial yardımla bağlı 954 müraciət daxil olduğu halda, iyun ayında qeyd olunan müraciətlərin sayı 466-a enib. Həmçinin, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk yarimilində belə müraciətlərin sayında 23,4 faiz azalma özünü göstərib.

Qeyd edək ki, müraciətlərin bir qismi sorğu xarakterli olduğundan onları ünvanlayan şəxslərə müvafiq izahatlar verilib. Həmçinin ayrı-ayrı müraciətlərdə əksini tapan haqlı irad və narazılıqlarla bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə konkret tədbirlər görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA