Çində dövlət binalarının inşası qadağan olundu

img

25-07-2013 [16:58]


Çində dövlət binalarının inşası qadağan olundu. Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin höküməti tərəfindən açıqlanan yeni qanuna görə, bütün növ dövlət binasının inşası 5 il müddətinə dayandırılır. 


Təmirat bəhanəsi ilə baş verən yeyintinin qarşısını almaq üçün də çətinləşdirilmiş qaydalar qoyulub. Qeyd edək ki, günümüzə qədər dövlət xəzinəsinin xüsusi görünümlü dövlət binaları inşa edilməsinə çox miqdarda pul ayırması və yeyintinin çox olması xalq arasında geniş narazılıq yaradırdı. Mart ayından prezident seçilən Xi Jinping baş verən bu cür halların üzərinə çox gedir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA