25-07-2013 [00:23]
Qəbələ Azərbaycanın ən bahalı şəhəridir. Burda qiymətlər yerli əhalinin cibinə uyğun deyil. Sadə qəbələlilər məmurların yaratdığı süni bahalıqdan əziyyət çəkirlər...
Məmurlar meşələri zəbt ediblər
Qəbələ rayonunun təxminən 100 min nəfər əhalisi var. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun təsir dairəsində olan Qəbələ xarici görünüşünə görə, qonşu rayonlardan bir o qədər də fərqlənmir. Son illər ayrı-ayrı məmurlar tərəfindən bu rayona külli miqdarda investisiya qoyulsa da, yerli əhalinin dolanışığında müsbət dəyişiklik nəzərə çarpmır. Əvvəllər olduğu kimi, əhali ümidini yenə fındıq və qoz ağaclarına bağlayıb. Təbiət səxavətini əsirgəməyəndə camaat bazara çıxardığı qoz-fındığın hesabına maddi problemlərini həll edə bilir.
Qəbələlilər meyvəçiliklə yanaşı, əkinçilik və maldarlıqla da məşğul olurlar. Amma burda hamının iri heyvandarlıq təsərrüfatı yaratmaq imkanı yoxdur. Bəzi kəndlərdə bərəkətli torpaqların və meşə zolağının ayrı-ayrı məmurlar tərəfindən zəbt olunması yerli əhalini çətin vəziyyətdə qoyub. Sakinlərin deddiyinə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Qəbələdə 6 villası var. Digər nazirlərin və yüksək rütbəli məmurların da Qəbələdə bahalı mülkləri, fermer təsərrüfatları var. Kasıb kəndlilər cüzi maaşın müqabilində həmin təsərrüfatlarda çalışırlar. Bəzi adamlar isə həyətində yetişdirdiyi məhsulla dolanışığını təmin edir. Qəbələdə bazara ildə 3-4 ton fındıq çıxaran fermerlər var. Fındığın bir kiloqramını 2,5 manata satan fermerlər bir mövsümdə 8-10 min manat qazanc əldə edə bilirlər.
"Qızınmadıq istisinə, kor olduq tüstüsünə...”
Qəbələdə tez-tez müxtəlif beynəlxalq tədbirlər keçirilsə də, şəhərin təmizliyinə xüsusi diqqət yetirilmir. Küçələrdə hər addımbaşı siqaret qutusuna, kağız qırıntılarına və meyvə qalığına rast gəlmək olur. Bəzi küçələrdə səkiyə döşənmiş daşlar dağıldığı üçün hərəkət etmək çətinləşir. Binalara alüminium üzlük çəkilsə də, bu, şəhərin ümumi görünüşünə müsbət təsir göstərmir. Rayon icra hakimiyyətinin binasından başqa Qəbələdə zövqlə inşa olunmuş tikiliyə rast gəlmək mümkün deyil. Amma təbiət öz ecazkar gözəlliyi ilə bu qüsurları ört-basdır edə bilib. Şəhər nə qədər səliqəsiz olsa da, təbiət əsrarəngiz gözəlliyi ilə bu rayona qədəm qoyan turistləri heyran edir. Ancaq bəzi işbazlar turist axınından istifadə edib, qiymətləri qaldırırlar. Qəbələdə ən ucuz mehmanxana sayılan "Karvan” otelində bir otağın qiyməti 50 manatdır. Otel aldığı bu pulun müqabilində öz müştərilərinə bir stəkan adi su da təklif etmir. Dağlıq və meşəlik ərazidə yerləşən istirahət mərkəzlərində isə bir gecə qalmağın qiyməti 100-150 manatdır. Burda yemək və xidmət haqqı da çox bahadır. Əksər istirahət mərkəzlərində üç nəfərin şam yeməyi 150 manata başa gəlir. Turistlər özləri də etiraf edirlər ki, Qəbələdə bir həftədə xərclədikləri pulla Türkiyədə 2 ay dincələ bilərlər.
Qəbələdə 35 istirahət mərkəzi fəaliyyət göstərir. Axşam olanda şəhəri dörd bir tərəfdən kabab tüstüsü bürüyür. Amma Qəbələdə aylarla ət üzünə həsrət qalan adamlar da var. Bu adamların çoxu kababın dadını bilməsə də, onun iyini hər gün hiss edirlər...
Ayı 2500 manata kirayə ev
Qəbələdə kirayə evlərin qiyməti də bahadır. Polis şöbəsinin arxasında 3 otaqlı sadə bir mənzili bizə günü 100 manata təklif etdilər. Ev yiyəsi dedi ki, əgər bir ay qalsanız, ümumi məbləğdən 300 manat güzəşt edə bilər. Sovet dövrünün qaranlıq dönəmlərinə aid bir-birindən maraqlı kitabların müəllifi olan həmkarım Adıgözəl Məmmədov ev yiyəsini qınasa da, sonra öyrəndik ki, Qəbələdə ayı 2500 manatdan ucuz ev tapmaq mümkün deyil. Halbuki Azərbaycanın bəzi kəndlərində 3-4 min manata 2 otaqlı ev almaq olar.
Turist axını bazardakı qiymətlərə də təsir edib. Məsələn, Bakıda bir kiloqram badımcanın qiyməti 20 qəpik olduğu halda, Qəbələdə kilosu 70 qəpikdən ucuz badımcan tapmaq mümkün deyil. Xiyarın kiloqramı 1, almanın kilosu isə 2-3 manatdır. Bakıda qiyməti 40 qəpik olan təndir çörəyi Qəbələdə 1 manata satılır. İstirahət mərkəzlərinin yaxınlığında fəaliyyət göstərən səyyar mağazalarda isə qiymətlər daha da bahadır. Qəbələdəki bahalıqdan dəhşətə gələn iqtisadçı dostumuzun hesablamalarına görə, dörd nəfər üzvü olan bir ailənin bu rayonda 10 günlük istirahəti üçün ən azı 3500-4000 manat lazımdır. Qiymətlərin baha olmasına baxmayaraq, Qəbələdəki istirahət mərkəzlərinin hamısı ağzına kimi doludur. Turistlərin 80-90 faizini Bakıdan gedən insanlar təşkil edir. Azərbaycanlılardan fərqli olaraq, avropalıların bu bahalı şəhərdə dincəlməyə gücləri çatmır. Ya da pullarının qədrini bilirlər...
Seymur Verdizadə
Bakı-Qəbələ-Bakı
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi