Prezident “Qərbi Çıraq” platformasında olub

img

23-07-2013 [14:31]




Prezidenti İlham Əliyev "Qərbi Çıraq” platformasında tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, platformanın təməli 2010-cu ildə qoyulub. "Qərbi Çıraq” dayaq bloku bu vaxtadək Xəzər dənizində quraşdırılmış ən ağır qurğudur. Dayaq blokunun ümumi çəkisi 1500 tonluq üzmə tamponları da daxil olmaqla 18 min 200 tondur. Bloku Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan yerli "Bos Shelf” şirkəti inşa edib. Bu nəhəng qurğunun tikintisinə 2 min insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb edilmişdir. İşçi qüvvəsinin təxminən 96 faizi azərbaycanlılar olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA