Azərbaycanda 3234 nəfər əlillik statusunu itirib

img

18-07-2013 [14:04]


Rəsmi qurumların mütəmadi açıqladığı xəbərlərdən belə məlum olur ki, Azərbaycanda saxta yollarla pensiyaya çıxanlar və ya qondarma əlillik dərəcəsi alanlar az deyil. Bütün bunlar isə rüşvətin müqabilində baş verir. Bu hələ harasıdır. Bir neçə dəfə elə faktlar üzə çıxıb ki... Məsələn, Azərbaycanda nəinki əlilliyi olmayan, hətta dünyasını dəyişmiş şəxsə də əlillik dərəcəsi verib onu pensiyaya çıxarmaq olurmuş.

Elə bir neçə il bundan öncə belə bir hadisə İmişli rayonunda baş vermişdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon 34 saylı Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) vəfat etmiş şəxsə ölümündən 6 ay sonra əlillik dərəcəsi verilmişdi. TSEK sədrinin dünyasını dəyişmiş şəxsin ailəsini guya, qayğı göstərirmiş kimi hazırlatdırdığı bu saxta sənəd yekunda mərhuma əlillik dərəcəsi verilməsi ilə nəticələnib. Bu təkcə belə faktlardan biridir. Rəsmi qurumların aparatından belə halların aşkarlanması üçün çalışdıqlarını bildirir, saxtakarlığa yol verənlərin yerlərdəki xırda məmurlar olduqlarını deyirlər. Qeyd olunur ki, aparılan araşdırmalar nəticəsində əlil statusundan məhrum olanlar da az deyil.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Modern.az-a bildirib ki, hazırda 342 700 nəfər əlilliyə görə əmək pensiyası alır. Onun sözlərinə görə, bu ilin yanvar ayı ilə müqayisədə əlilliyə görə əmək pensiyası alanların sayında təqribən 1,3 % artım olub.


Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən isə bildirdilər ki, bu ilin birinci yarım ilində 3234 nəfər əlilliyi olan şəxs tam reabilitasiya olunub. Yəni onların üzərindən bu status götürülüb. Ötən il isə 6952 nəfər əlillik statusunu itirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA