AFFA bu klubları cəzalandırdı - Səbəb

img

28-08-2019 [14:29]


AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Qarabağ Lökbatan” və "Kəpəz” klubunu 80 manat cərimələyib.

Mia.az xəbər verir ki, buna səbəb hər iki klubun rəsmi şəxslərinin I turda müvafiq olaraq "Sumqayıt-2” və MOİK-lə matçlarda "A” buraxılışından istifadə etməməsidir.

"Qaradağ Lökbatan” oyunun protokolunu vaxtında tərtib etmədiyinə görə əlavə 80 manat da ziyana düşüb. "Sabah-2” klubu nümayəndəsinin "Zaqatala”oyunöncəsi iclasda iştirak etməməsinə görə 80 manat cərimə ödəyəcək.

"Zirə-2” – "Ağsu” görüşündə oyunöncəsi iclasda təcili tibbi yardımın nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi 40 manat cərimə olunub. "Səbail-2” – "Turan Tovuz” matçında xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına (minumum 18 yaş) görə meydan sahibi 80 manat cərimələnib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA